Türkiyənin “Antalyaspor” klubunun prezidenti Ali Şafak Öztürk istefa verib.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ali Şafak Öztürk 2016-cı ildən Antalya təmsilçisinə rəhbərlik edirdi. Həmin dövrdə klubun 41 milyon avro borcu olduğunu bildirən Ali Şafak, hazırda bu məbləğin 7 milyon 700 min avroya düşürüldüyünü bəyan edib.

“Antalyaspor” Super Liqada bu mövsüm keçirdiyi 19 oyuna topladığı 25 xalla 10-cu pillədə qərarlaşıb.