Türkiyə I Liqasında çıxış edən «Adana Dəmirspor» «Qarabağ»ın legioneri Donald Geryeni transfer etmək niyyətindədir.

Rekord.az-ın məlumatına görə, Adana klubu vxtilə «Alanyaspor»un şərəfini qorumuş haitili müdafiəçiyə dəvət göndərib.

Super Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan «dəmirçilər»in irəli sürdüyü təklif 2 illikdir.

Komanda 17 turdan sonra 31 calla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Ötən mövsüm pley-off mərhələsində «Faatih Karagümrük»ə uduzaraq, elitaya yüksələ bilməyən «Adana Dəmirspor» Geryeyə ödəməyə hazır olduğu illik məbləğ 250 min dollardır.

Onun «Qarabağ»la söxzləşməsinin gələn ilin yayında bitəcəyini yada salaq. (sportinfo.az)