PFL-in saytında yer alan təqvimdə 27-ci turun "Turan Tovuz" - "Sumqayıt" matçının məkanı kimi Tovuz şəhər stadionu göstərilib.

Lakin Rekord.az-a daxil olan məlumata görə, hələ ortada qəti qərar yoxdur.

Tovuz klubunun rəhbərliyi stadionun hazır olduğunu bildirib. Lakin PFL aprelin əvvəli gedib arenaya baxış keçirəcək və son qərarınə verəcək. Əgər qazon tam hazır hesab edilməsə, "Turan Tovuz" "Sumqayıt"ı qəbul etmək üçün başqa stadion axtarmalı olacaq.