"Sumqayıt" dünən yeni kapitanlarını açıqladı.

Rekord.az xəbər verir ki, İsa Sulimani əsas, Roi Kehatla Höccət Haqverdi isə vitse-kapitan oldular.

Səbuhi Abdullazadə bundan sonra kapitan olmayacaq. Çoxları düşünə bilər ki, o, hazırda zədəlidir, 5 ay yaşıl meydançalardan uzaq qalacaq, amma xeyr, səbəb bu deyil. Səbuhi sağalıb geri qayıdandan sonra da sarğı ona verilməyəcək. Buna səbəb futbolçunun kapitana yaraşmayan hərəkətləri, etdiyi intizamsızlıqlardı. Məhz buna görə də kapitanlıq ondan birdəfəlik alınıb.