Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün yoxlama matçına çıxıb.


Rekord.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “İğdır” klubu ilə qarşılaşıb.


1-ci liqa təmsilçisi ilə görüşdə "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. Matçdakı yeganə qolu Jo Batista vurub.


“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşıb. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.