"Çelsi"nin futbolçusu Nqolo Kante zədəsini sağaldıb.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Tomas Tuhel məlumat verib.  

O, fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 5-ci turunda "Tottenhem"lə matçda oynamağa hazır olduğunu bildirib.

Qeyd edək ki ,sözügedən görüş sentyabrın 17-ı keçiriləcək.