Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.


Rekord.az xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.


-55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.


Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçu ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb.


Noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.