Tarixin bilinməyən səhifələrindən: "Markarov “Ararat”ın qapısına penalti vurmaqdan niyə imtina edib?"
- 07:20
- 122
Sizə təqdim edəcəyimiz bu yazı həm futbolumuzun tarixindən bir nümunə olacaq, həm də uzun illərdi bizə düşmən münasibəti bəsləyən, uzun illər torpaqlarımızı işğal altında saxlayan ermənilərin iç üzünü növbəti dəfə açacaq. Bəlkə də nisbətən yaşlı azarkeşlər bu haqda məlumatlıdırlar. Ancaq əminik ki, gənc nəslin çoxunun indi sizə təqdim edəcəyimiz faktlardan xəbəri yoxdur.
Heç
kimə sirr deyil ki, zaman-zaman Azərbaycan futbolunda erməni imzaları olub.
Söhbət tək “Neftçi”dən getmir. Digər bölgə komandalarımızda da erməni
futbolçular çıxış ediblər ki, bu da təbii hal sayılırdı. Çünki sovet vaxtı Azərbaycanın
iri şəhərlərində kifayət qədər erməni yaşayıb. Təbii ki, SSRİ vaxtı ölkənin əsas
komandası “Neftçi” olduğundan bu komandada top qovan üzdəniraqlar daha çox
yaddaşlarda qalıb. Ümumiyyətlə, zaman zaman özümüzü unutqanlıqda qınamışıq. Ermənilər
hər zaman bizə düşmən gözü ilə baxıb altdan-altdan öz çirkin siyasətlərini
yeritdikləri halda biz olanları tez unudub sonradan bunun acısını çəkmişik. Bir
vaxtlar “Neftçi”nin formasını geyinən bir sıra ermənilər olub ki, burada
oynayıb pul qazananda, özünə şərait quranda səsini çıxarmayıb. Elə ki, Bakıdan ayrılıb, futbolçu karyerasını
qurtarıb, sonradan ölkəmiz haqqında xoşagəlməz fikirlər söyləməklə iç üzünü
açıb ortaya qoyub. İndi sizə təqdim edəcəyimiz yazıda, “Neftçi”nin tarixinə
düşmüş erməni futbolçularla bağlı çox maraqlı faktlarla tanış olacaqsınız.
SSRİ
çempionatının güclülər dəstəsində “Neftçi”nin formasını 20-ə yaxın erməni
geyib. Bəli, məhz formanı geyib. Şərəfini qoruyub demək çətindir. Çünki bu ifadənin
arxasında tam başqa mətləblər dayanır ki, aşağıda sadalayacaqlarımız
faktlar ermənilər haqqında bunu deməyə
imkan vermir. Təsəvvür edin ki, komanda hər dəfə güclülər dəstəsi ilə
vidalaşanda erməni futbolçular “Neftçi”dən qaçırdı. Təsadüfi deyil ki,
bakılılar SSRİ çempionatının birinci dəstəsində 4 mövsüm keçirəndən sonra
1976-cı ildə istisnasız olaraq, azərbaycanlı uşaqların hesabına elitaya qayıtmışdı.
Bakı futbol məktəbinin yetişdirdiyi ən məşhur erməni futbolçulardan biri
Aleksandr Mirzoyanın qaçış tarixçəsi bu
mənada “parlaq” nümunədir. Hələ 2001-ci ildə Rusiyanın “Sport Ekspress” qəzetinə
verdiyi müsahibədə “1972-ci ildə “Neftçi” birinci dəstəyə düşdü. Düzünü desəm,
orada oynamaq maraqsız idi. Həm də komandada qeyri-sağlam mühit yaranmışdı” deyən
Mirzoyan əslində Bakıdan qaçmasına haqq qazandırmaqla yanaşı, təbii ki, özünün
həmin o “qeyri-sağlam mühit”in yaradıcısı olduğunu gizlətmirdi. Mərhum Əli Rəhmanov
Mirzoyana cavab verərkən onun 70-ci illərdə özünü ulduz futbolçu kimi
apardığını, məşqlərə o qədər də ciddi yanaşmadığını, həmin vaxt komandanın rəisi
olmuş Gülbala Allahverdiyev isə erməni futbolçunun tez-tez Sergey Kramarenko,
Rafiq Quliyevlə dava saldığını bildirmişdi. Belə davranış manerası Mirzoyanın
“Neftçi”dən “Ararat”a qaçmasına xidmət edir. O, sadəcə, özünü əziyyətə salıb
komandanın elitaya qayıtmasına töhfə vermək, bir Azərbaycan klubunun uğurunda səbəbkar
olmaq istəmirdi.
İki respublikanın futbol uğurlarından söz düşəndə
erməni müəlliflər adətən “Ararat”ı önə çəkərək bu komandanın SSRİ dövründə
çempion olmasından, iki dəfə gümüş medal qazanmasından dəm vurur. Həqiqəti etiraf
etmək gərəkirsə bəli, ermənilər SSRİ çempionatında daha böyük uğurlar
qazanıblar. Amma bir faktı da unutmayaq ki, onların sovet futbolunda sözü keçən,
əli ən yüksək təbəqələrə çatan Nikita
Simonyan kimi nümayəndələri olub. Təəssüf ki, bizim eyni nüfuza malik futbol
adamımız olmayıb. Ancaq bir maraqlı fakt var ki, onunla tanış olarkən təəccüblənməmək
olmur. Belə ki, XXI əsrin ilk ilində Ermənistanda XX əsrin rəmzi yığması müəyyəndirilərkən
siyahıda yer alan 11 futbolçudan dördü-Sergey Zatikyan, Arkadi Andreasyan,
Eduard Markarov və Nikolay Kazaryan Bakı futbolunun yetirməsi olub.
Azərbaycan ermənilərə səxavətlə qucaq açır,
onlara əsas komandasında yer verir, Ermənistan isə bu respublikada yaşayan çoxsayılı
azərbaycanlını təcrid vəziyyətində saxlayırdı. Qonşu respublikanın idman rəhbərliyi
bilərəkdən elə mühit yaratmışdı ki, hansısan azərbaycanlının “Ararat”da görünməsi
sadəcə, mümkünsüz idi. Yox, bir yol görünürdü: ad və soyadı dəyişib erməniləşmək
lazım idi ki, buna da heç bir qeyrətli azərbaycanlı getməzdi. Bax, budur erməni
xisləti. Başqalarından tolerantlıq, dostluq tələb edib, özünün monoetnik dövlət qurmasına xidmət edən xislət. Erməni millətçiliyi,
şovinizmi o həddə çatmışdı ki, Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndini təmsil
edən “Qarabağ”da belə, soydaşlarımız bir əlin barmaqları ilə sayılacaq qədər az
idi. Bütün bu məqamların fonunda Bakı ermənisi Aleksandr Qriqoryanın müxtəlif
kitablarında azərbaycanlı müəllifləri qeyri-obyektivlikdə suçlamacı gülüş
doğurur. Azərbaycan futbol ictimaiyyəti qeyri-obyektiv olsaydı, 1981-ci ildə-ölkəmizdə
futbolun təşəkkül tapmasının 70 illiyi qeyd olunarkən Artaşes Əmircanov, Suren
Petrosyan və Eduard Markarovun adını 33 yaxşı oyunçu siyahısına salmazdı.
“Neftçi”nin erməniləri” mövzusunda yazırıqsa,
Eduard Markarovu mütləq xatırlamaq lazımdır. 60-cı illər SSRİ futbolunun ən
texnikalı oyunçularından birinin-karyerasının 10 ilini “Neftçi”yə, 5 ilini isə
“Ararat”a həsr etmiş Markarovun belə uzun müddət Bakıda oynamasının, hətta
“ağ-qaralar”ın SSRİ çempionatında ən çox qol vuran oyunçusu adını daşımasının
da özəl səbəbi var. Belə “bağlılıq” birmənalı şəkildə onun atası Artyom
Markarovun soydaşlarına- ermənilərə bəslədiyi nifrətdən irəli gəlirdi. İş
ondadır ki, daim oyunu ilə seçilən Bakı ermənilərini bütün vasitələrlə İrəvana
qaçırmaq yolunu tutan Ermənistanın futbol rəhbərliyi 1946-cı il mövsümü ərəfəsində
ata Markarovu da dilə tuta bilmişdi. Lakin o,
iki il “Dinamo”da oynadıqdan sonra komanda dağıldı, 40 yaşlı futbolçunu
isə faktiki küçəyə atdılar. Çörak almağa pulu, qalmağa evi olmayan Artyom yenidən
Bakıya pənah gətirdi. Soydaşlarının hərəkəti necə ona yer etmişdisə, ömürboyu
ermənilərə nifrəti qəlbində daşıdı. Elə bu hissin təsiri altında da oğlunun
“Ararat”da və ya bir başqa erməni komandasında yox, məhz “Neftçi”də oynamasına
qərar verdi.
Erməni müəlliflərindən fərqli biz azərbaycanlılar
obyektivlik hissini itirməməli və tarixin gözünə dik baxmalıyıq. Bu mənada
“Markarov “Neftçi”yə hansı dərəcədə bağlı idi” sualını da cavablandırmaq lazım
gəlir. Əlbəttə, o, “Neftçi”nin heyətində bir çox parlaq oyunlar keçirib, Bakı
klubunun bir çox önəmli qollarına imza atıb, 1965-68-ci illər aralığında bütün
SSRİ-ni heyran edən məşhur “BMT” üçlüyünün bir hissəsi olub
(Banişevski-Markarov-Tuayev-red). Təbii ki, çəkdiyi əziyyətin də əvəzini görüb.
Bakının ən məşhur küçələrində iki mənzili olub, “Neftçi”dəki karyerası əzrində
üç maşın dəyişib. Ortaya təbii sual çıxır: həmin dövrdə ermənilərə, konkret
“Neftçi”nin əbədi rəqibi “Ararat”a münasibət necə olub? Bu auala cavab vermək
üçün veteran həmkarımız Şakir Yaqubovun “Banişevski olduğu kimi” kitabında yer
alan, Adil Qaçayoğlunun Banişevski ilə 1991-ci ildəki müsahibəsindən bir hissəni
nəzərinizə çatdırmaqdan yaxşı yol görmürük:
-
Londondan sözün həqiqi mənasında söhrətin zirvəsində qayıtdınız və
“Neftçi”nin heyətində elə ilk oyundaca “Ararat”ın qapısına (söhbət 1966-cı il
avqustun 15-də keçirilən “Neftçi”-“Ararat” matçından gedir-red) onbirmetrlik cərimə
zərbəsini vura bilmədiniz..
-
Bilirsiniz hər şey necə olub?
-
Eşidirəm.
-
Oyundan əvvəl razılaşmışdıq ki, 11 metrlik olsa, Markarov vuracaq.
Lakin həmin an o qəti surətdə bunu boynundan atdı.
-
Niyə?
-
Istəyirsiniz inanın, istəyirsiniz yox, qayıtdı ki: “Mən vurmayacağam!
Keçməsə, deyəcəklər ermənidir, özü bilərəkdən vurmadı. Sən vura bilməsən,
bağışlayarlar”.
Müsahibənin bu hissəsindən sonra Şakir
Yaqubovun zərusi əlavəsini də oxuyaq: “müxtəlif vaxtlarda Markarovun özünün
Yerevan komandasının belini qıran qollar vurmasına baxmayaraq, “erməninin erməniyə
qol vurmaq istəməməsi” də həmin vaxt istisnalıq təşkil etmirdi”.
Markarovun “Neftçi”dən “Ararat”a qaçış tarixçəsi də yetərincə maraqlı, amma həm də
riyakarlıqlarla zəngindir. 1964-cü ildə
atasını, 1970-ci ildə isə anasını itirən Eduardı Bakıda saxlayacaq heç bir qüvvə
yox idi. Artıq “kəşfiyyatçılar”ın çxosaylı təkliflərini cavablandırmaq olardı.
Düzdür, buna qədər Markarovun “Neftçi”dəki çıxışına təsir edən bəzi başqa
olaylar da yaşanmışdı. Belə ki, o, əvvəlcə milislərlə toqquşma, ardından Rostov
OİK-inin müdafiəçisi Viktor Getmanovun kobud oyunu üzündən uzun müddət xəstəxanada
yatmış, bu da istər-istəməz idman formasına təsir göstərmişdi. Bir neçə il
sonra futbolçu karyerasının həmin dönəmi haqqında belə deyəcəkdi: “Neftyanik”dəki
son iki mövsümdə (1969, 1970-ci il mövsümlərini nəzərdə turur-red) zədələr məni
izlədi, praktiki olaraq bu illər mənim üçün itirildi. Ətrafda belə söhbətlər
eşitməyə başladım: “Markarov zəifdi, qocalıb”. Anladım ki, nəyisə dəyişmək
lazımdır. Ya tam qurtarmaq, ya da artıq
başqa komandada “barıtımın hələ qaldığını” göstərmək”.
Bu qaçşda Azərbaycanın futbol rəhbərliyini qəzəbləndirən
yeganə məqam o idi ki, kapitan “Ararat”a keçidinə bir neçə gün qalmış “İdman”ın
səhifələrində komandanı heç kimin tərk etməyəcəyini bildirirdi. Eduardın illər
uzunu xidmət etdiyi komandaya növbəti xəyanəti isə “Ararat”la işləri yoluna
qoyandan sonra Bakıya-“Neftçi” rəhbərliyinə zəng edib onları məlumatlandırması
idi.
Yuxarıda adlarını çəkdiyimiz Qriqoryanın
“Markarovı. Brazilçı armyanskoqo futbola” kitabında daha bir cəlbedici, həm də
açıq-aşkar yekəxana iddia var: “Haçansa Ermənistan komandaları Azərbaycan
komandalarına uduzurdusa da, bu yalnız o səbəbdən olurdu ki, sonuncuların heyətində
ermənilər oynayırdı”.
Əlahəzrət zaman Qriqoryanın bu iddiasını da yerlə yeksan edir. Özü də “qapazlama”nın önündə bir başqa komanda yox, məhz “Neftçi” gedir. “Ağ-qaralar” dalbadal iki il “Birlik kuboku”nda ermənilərə yerini göstərməklə Qriqoryanın iddiasının əksinə, bu ölkənin ermənilərsiz də çox şeyi bacardığını göstərdi. 2005-ci ildə “Neftçi” “Pünik”i 2:0 hesabıyla məğlub edərək tarixi nəticəyə imza atdı. Püşk bir il sonra, eyni turnirdə yenə bu komandaları bir-birinə rəqib etdi. Lakin bu dəfə ermənilər heç meydançaya da çıxmadılar. Qorxularından Moskvadan birbaşa İrəvana qaçdılar.