Quba rayonunun Səbətlər kəndində "Cherry Run" Təngəaltı Yarımarafonu təşkil olunub. "Rekord.az" xəbər verir ki, yarışa Sumqayıtın "Marafon" klubun təmsilçiləri də qatılıb. Onlardan biri, tanınmış atlet Tapdıq Dadaşov qızıl medala sahib çıxıb. 66 yaşlı idmançı atılan 21 km məsafəni rəqiblərindən daha tez qət edərək qalib adını qazanıb. 


Dadaşov Qəbələ-Xankəndi ultramarafonu, Bakı marafonu, Qusar marafonu, Heydər Əliyevin 102 illiuinə həsr olunmuş marafon və digər mötəbər yarışların iştirakçısı, qalib və mükafatçısı da olub.