
Tanzaniyalı futbolçu “Şamaxı”da qaldı
- 28 May 2025 19:00
- 89
“Şamaxı” futbolçusu Alfons Msanqanı komandada saxlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə şərtlərinə görə tərəflər arasında razılaşma “Şamaxı”nın istəyinə əsasən 1 il müddətinə uzadılıb.
Msanqa bu ilin yanvarında "Şamaxı"ya keçib. O, bölgə klubu ilə 6 ay + 1 il şərtilə razılaşmışdı.