Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.


Rekord.az xəbər verir ki, millimiz Latviya yığmasına 0:3 hesabı ilə məğlub olub.


U-15 millimiz növbəti oyununu oktyabrın 23-də Litva, sonuncu qarşılaşmasını isə oktyabrın 26-da Malta yığmasına qarşı keçirəcək.


Hər iki görüş Bakı vaxtı ilə saat 15:30-da “Sentinari” stadionunda təşkil olunacaq.