"Sumqayıt"dan Sloveniya klubuna
- 16:00
- 37
"Sumqayıt”ın sabiq futbolçusu Nsana Simonun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Sloveniyada davam etdirəcək.
O, “Koper”ə keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Nsana ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nsana ötən ilin noyabr ayından bu yayadək "Sumqayıt"da oynayıb.