"Sumqayıt" klubu futbolçusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçinin sözləşməsi "1+1" il şərti ilə yenilənib.

Qeyd edək ki, 2025-ci ildən "Sumqayıt"da çıxış edən Ronaldo Vaskez 46 oyunda meydana çıxıb. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.