Ötən mövsümün ikinci hissəsini “Sumqayıt”da keçirmiş Danil Beskorovaynının yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, ukraynalı müdafiəçi Polşada çıxış edəcək.

O, bu ölkənin “Lexiya” (Qdansk) klubunda çıxış edəcək. 1-ci liqa təmsilçisi futbolçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi "Polesye"dən (Ukrayna) "Sumqayıt"a keçmişdi.