“Sumqayıt”dan Hindistan klubuna
- 15:40
- 43
Nikola Ninkoviç "Sumqayıt"dan ayrılıb.
Rekord.az xəbər verir ki "kimyaçılarl"la müqaviləsi başa çatan serbiyalı yarımmüdafiəçi Hindistanda çıxış edəcək.
31 yaşlı futbolçu “Nort İst Yunayted”lə bir illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ninkoviç ötən mövsümün əvvəlndə “Tekstilaç”dan “Sumqayıt”a keçmişdi. O daha əvvəl “Cenoa”, “Partizan”, “Kyevo”, “Empoli”, “Breşiya”, “Torpedo”(Kutaisi) kimi klublarda da çıxış edib.