Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsi, Sağlam Düşüncə Gənclər Təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinın birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində “3 iyun Ümumdünya Velosiped Günü”-nə həsr olunmuş veloyürüş keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd velosiped idman növünün təbliği, inkişafı və sağlam gəncliyin formalaşmasıdır.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzindən starta qatılan 80-dən artıq velosiped həvəskarları 9 km məsafəni qət edərək finişə çatıb. Tədbirin yekununda veloyürüşün iştirakçıları birgə xatirə fotolorı çəkilib.