Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21 avqust 2026-cı il tarixində Sumqayıt şəhər, Nəsimi adına Mədəniyyət və İstirahət parkında “İdman hamı üçün” layihəsi çərçivəsində nərd üzrə həvəskarlar arasında Sumqayıt şəhər turniri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sakinlərin asudə vaxtlarının səmərəli və faydalı təşkil olunması, iştirakçılar arasında dostluq və sağlam rəqabət mühitinin yaradılmasıdır.