Qış hazırlığını Türkiyənin Antalya şəhərində keçəcək "Sumqayıt" heyətinə yeni legionerlər cəlb edəcək.

Rekord.az-a daxil olan məlumata görə, Sumqayıt təmsilçisi ən azı 4 legioner almağı planlaşdırır.

Hazırda bunun üzərində iş gedir və danışıqlara start verilib. Yeni legionerlər komandaya məhz Antalyada qoşulacaq və müqavilə də orada imzalanacaq.