“Sumqayıt” xorvatlara da uduzdu
- 21:00
- 35
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sumqayıt" üçüncü yoxlama görüşündə də uduzub.
Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu dəfə Xorvatiyanın "Osiyek" kollektivinə məğlub olub - 0:2.
Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandaları ilə bacarmamışdı- 1:5, 1:4.