Xəbər verdiyimiz kimi, "Qəbələ" xeyli futbolçu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu futbolçulardan biri olan Yusif Nəbiyev "Sumqayıt"ın maraq dairəsindədir.

Yusif daha öncə də "Sumqayıt"da oynayıb və bu klub ona yad deyil. Amma təbii ki, keçidin baş tutması üçün hər iki tərəfin istəyi üst-üstə düşməlidir.

Qeyd edık ki, Yusf "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin rəhbıri olduğu menecerlik şirkətinin futbolçusu sayılır.