"Sumqayıt" - "Neftçi" matçının yeri dəyişdiriləcək! - ÖZƏL
- 15:00
- 34
"Sumqayıt" - "Neftçi" matçının yeri dəyişdiriləcək! - ÖZƏL
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda problem yaranıb. "Rekord.az" xəbər verir ki, meydança oyun keçirilməsinə hazır deyil. Bu səbəbdən Premyer Liqanın yeni mövsümünün 1-ci tur "Sumqayıt" - "Neftçi" matçı burada olmayacaq.
"Kimyaçılar"ın rəhbərliyi 2 variantı nəzərdən keçirir. Ya qarşılaşma ehtiyat meydança - SOCAR Polymer Arenada oynanılacaq, ya da komanda səfərə yollanacaq. Bununla bağlı "Neftçi" ilə danışıqlar aparılıb. Ola bilər ki, matç məhz "ağ-qaralar"ın stadionu "Palms Sports Arena"da keçirilsin.