Misli Premyer Liqasının 1-ci turunun "Sumqayıt" - "Neftçi" görüşü Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq.


Rekord.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb.


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq "Sumqayıt" - "Neftçi" qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib.


Qeyd edək ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.