“Sumqayıt” Lukası heyətinə qatdı
- 14:00
- 24
2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb.
Rekord.az xəbər verir ki, sözügedən klub son iş yeri Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Bleki heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Lukas yeni komandasında 55 nömrəli formada çıxış edəcək.