"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer futbolçusu Kriştiano Ronaldo haqqında danışıb. 

Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssis goal.com-a açıqlamasında 36 yaşlı hücumçunu tərifləyib: 

"Ronaldo 40 yaşına qədər oynasa, təəccüblənmərəm. Özünə qulluq etməsi hər şeyin açarıdır. Təbii ki, burada  genetika da rol oynayır. Bu cür şeyləri bacarmaq üçün bəzi genlər olmalıdır! Gücünün və səyinin hər damlasını ortaya qoyması onun belə bir futbolçu olmasına kömək edir. Ronaldo bütün təriflərə layiqdir. İlk növbədə də fiziki vəziyyətinizə görə". 

Qeyd edək ki, Ronaldo avqustun 31-i "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb.