Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
- 31 Mar 2026 23:45
- 25
Azərbaycanın qadın güləşi üzrə U-17 millisi Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, yığmanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində yeniyetmə güləşçilər üçün "ustad dərsi" keçib.
O, müxtəlif fəndlərin icrasını nümayiş etdirib.
Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.
Komandamız Avropa çempionatına hazırlıq üçün növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.