Sonuncu yarımfinalçı EFA oldu
- 17 Sen 2026 23:59
- 32
“Sabahın ulduzlari” Bakı Kuboku uğrunda yarışların U-15 yaş qrupunda 7-turdan təxirə salınmış bir oyun keçirilib.
Rekord.az xəbər verir ki, EFA komandası “Zəngəzur”a 5:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
17 sentyabr
”Zəngəzur” – EFA 1:5
Qollar: №4. Əli Seyfulla (79) // №19. Ömər Osmanlı (15), №8. Hüseyn Novruzlu (33), №18. Yusif Məmmədli (50), №77. Şahin Qasımzadə (52), №17. Kənan Həsənov (68).
Baş hakim: Fərid Quliyev
Köməkçi hakimlər: Rasim Axundov, Asif Abdullayev
Dördüncü hakim: Məleykə Məmmədova
Hakim-İnspektor: Elnur Muradov
BFF nümayəndəsi: Məhərrəm Əliyev
Sentyabrın 20-də keşiriləcək yarımfinal oyunları.
U-15. Yarımfinal
“Qarabağ” – “Ulduz”
“Neftçi” – EFA