Azərbaycan milli komandasının sentyabrın 23-də Tacikistan yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.


Rekord.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək:


23 sentyabr


Azərbaycan - Tacikistan

Baş hakim: Roman Jitar (Moldova)

Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova)

Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan)

VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan)

AVAR: Kamran Bayramov (Azərbaycan)

8-ci km qəsəbə stadionu. Saat 20:00.