"Neftçi" heyətinə yeni basketbolçu cəlb edib.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


ABŞ-dən olan oyunçu Zakeriya Hiks ilə 1 illik müqavilə imzalayıb.


23 yaşlı hücumçu karyerası ərzində NCAA-da "Temple Owls" və "Penn State Nittany Lions" komandalarının şərəfini qoruyub.


Z.Hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Murcia" klubunda, son olaraq isə NBA G Liqasında "South Bay Lakers" komandasında çıxış edib.