Renat oynadı, komandası kubokla vidalaşdı
- 13:20
- 41
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” Ukrayna Kubokunun 1/16 finalında LNZ (Çerkassı) ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, görüş "Bukovina"nın məğlubiyyəti ilə yekunlaşıb.
Qarşılaşmanın əsas vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında isə LNZ 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Renat da bu oyunda iştirak edib. 27 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.