Marandiçi Bakıdakı əməliyyatın güdazına gedib?
- 11:00
- 42
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi xeyli müddətdir futboldan uzaqdır.
Rekord.az xəbər verir ki, "Sabah"la oyunda ağır zədə alan moldovalı ölkə xaricində əməliyyat olsa da, sonadan əməliyyatın düzgün aparılmadığı, futbolçunun yenidən əməliyyat olunduğu xəbərləri yayıldı.
Lakin bu yaxınlarda əldə etdiyimiz məlumata görə, Marandiçi ən böyük problemi Bakıda yaşayıb. Belə ki, onu ilk olaraq burda əməliyyat ediblər və sonradan məlum olub ki, əməliyyat səhv olunub. Bu səbəbdən ölkə xaricində yenidən əməliyyat olunub. Yaşıl meydançalara nə zaman dönəcəyi isə hələ də məlum deyil.