AFFA Gənclər Liqasında çıxış edən "Sumqayıt"ın futbolçusu Nihat Ağalı 5 oyunluq cəzalandırılıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.


Oyunçu "Araz-Naxçıvan"la matçda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.


Ona 5 oyunluq cəza tətbiq edilib.