Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Bu barədə Rekord.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Paralimpiyaçı turnirdə BC2 kateqoriyasında yer alacaq. Onu yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.

Dünya çempionatı 27 avqust - 1 sentyabr aralığında baş tutacaq.