"Mehdi Hüseynzadə" adına stadionun ot örtüyündə problem yarandığı üçün "Sumqayıt" "Neftçi"ni "Socar Polmyer Arena"da keçirdi.

Rekord.az xəbər verir ki, əsas stadionda problem qısa müddətdə düzəlməsə, komanda III turda "Qarabağ"ı da bu meydançada qəbul edə bilər.

Məsələ burasındadır ki, "Şəfa" da III turda "İmişli"ni məhz "Socar Polmyer Arena"da qəbul edəcək. Ümumiyyətlə, bu komanda artıq rəsmi müqavilə bağlayıb və müqaviləyə görə mövsümün sonuna kimi rəqiblərini "Socar Polymer Arena"da qəbul edəcək. Əgər "Mehdi Hüseynzadə"nin qazonu yaxın günlərdə düzəlməsə, "Socar Polymer Arena" kifayət qədər yüklənəcək ki, bu yüklənmə də bu arenanın da qazonunu sıradan çıxarda bilər.