Sərxan Hacıyev: “Legioner limiti ləğv oluna bilər”
- 16 May 2024 13:22
- 718
2025-26-cı illər mövsümündən Azərbaycan Premyer-Liqasında legioner limiti tamamilə ləğv oluna bilər. “Rekord.az” xəbər verir ki, bu barədə AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib.
CBC Sport-da yayımlanan “Bizim futbol” verilişinin qonağı olan qurum rəsmisi bunları deyib: “2025-26-cı illər mövsümündən legioner limiti ümumiyyətlə götürülə bilər. Bu, addım komanda sayından asılı olaraq atıla bilər. Komanda sayı artırılsa, limitə başqa bucaqdan da baxıla bilər. Limit bütün dünyada mübahisəli məsələdi. Avropadakı çempionatlarda da müxtəlif illərdə müxtəlif dəyişikliklər olur. Dəyişib, bir-iki ildən sonra öncəkinə qayıtdıqları da olur. Görsənən odu ki, bu məsələ ilə bağlı ideal bir formul yoxdu. Hər zaman, reallıqlar nəzərə alınaraq müəyyən qərarlar verilir”.