Məlum olduğu kimi, "Şəfa" yeni mövsümdə ev oyunlarını Sumqayıtda keçirəcək.

Rekord.az xəbər verir ki, paytaxt klubu "Socar Polimer Arena" ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Lakin komanda Sumqayıtda uzun müddət qalmaya bilər. "Şəfa" qışa qədər "Ask Arena"ya köçə bilər. Gənclər və İdman nazirliyinin balansında olan stadionu icarəyə götürən bakılılar, ilk olaraq meydançanı təmir etmək fikrindədirlər. Örtükdən asılı olaraq bu, 2 ay da çəkə bilər, 4 ay da.