“Şəfa” ilk legioner transferini reallaşdırdı
- 19:20
- 40
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb.
Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.