"Şamaxı" klubuna yeni stadionun tikiləcəyi ilə bağlı məlumat vermişdik.

Rekord.az xəbər verir ki, yeni stadionun hazırkı stadiondan bir qədər yuxarıda tikilməsi nəzərdə tutulub.

Aldığımız son məlumata görə, icra hakimiyyəti tərəfindən yeni stadion üçün torpaq sahəsi də ayrılıb. 5 hektar ərazini əhatə edəcək yeni stadionun ərazisində ehtiyat məşq meydançası da nəzərdə tutulub.