Fransa Peşəkar Futbolçuların Milli İttifaqı (UNFP) 2024/25 mövsümü üçün Liqa 1-in simvolik komandasını təqdim edib.


Rekord.az xəbər verir ki, rəmzi komandada ən çox futbolçu PSJ-ni təmsil edir – 9 oyunçu.


Bundan əlavə, Lion “Olimpik”i və “Lill” komandalarından da hərəyə bir futbolçu heyətə düşüb.


Rəmzi komanda aşağıdakı kimidir:


Qapıçı: Luka Şevalye (“Lill”);


Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Vilyam Paço, Nuno Mendeş (hamısı PSJ);


Yarımmüdafiəçilər: Joao Neveş, Vitinya (hər ikisi PSJ), Rayan Şerki (“Olimpik”, Lion);


Hücumçular: Usman Dembele, Bredli Barkola, Dezire Due (hamısı PSJ).