
"Turan Tovuz"un qazon məsələsi yenə təxirə düşə bilər
- 15:00
- 81
"Turan Tovuz" Tovuz şəhər stadionunun süni örtüyünü təbii ilə əvəzləməyi planlaşdırsa da, bu məsələ yenə uzana bilər.
Rekord.az xəbər verir ki, rəhbərlik mövsüm başa çatandan sonra bu işlərə başlamağı düşünürdü.
Lakin komandanın avrokuboklarda oynamaq şansı qaldığı üçün qəti qərarın verilməsi çətinləşib. Çünki "Qarabağ" kuboku götürsə, "Turan Tovuz" isə 4-cü pilləni tutsa, Tovuz təmsilçisi Konfrans Liqasına yollanacaq. Rəhbərlik isə ilk təsnifat mərhələsindəki ev oyununu Tovuzda keçirmək istəyir. Bu mənada qazonun dəyişdirilməsi məsələsi ən azı avqusta qədər təxirə salına bilər.