
Azərbaycan – Litva matçının vaxtı və yeri açıqlandı
- 17:40
- 42
UEFA Millətlər Liqasının C4 qrupunda Azərbaycan və Litvanın qadın milliləri arasında növbəti turun oyununun başlama saatı və yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, komandalar arasında görüş mayın 30-da, Bakıdakı “Dalğa Arena”da keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.
Xatırladaq ki, qrupun qalibi B divizionuna yüksələcək.
Qrupda hazırkı vəziyyət belədir: Monteneqro, Azərbaycan – hərəyə 5 xal (3 oyun), Litva – 0 (2).