
Ançelotti rəsmən Braziliya millisində
- 12 May 2025 21:00
- 37
"Real"ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.
İtaliyalı mütəxəssislə 1 illik müqavilə imzalandığı bildirilib. Sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatını əhatə edəcək. 65 yaşlı mütəxəssisin mayın 26-da millidə fəaliyyət başlayacağı bildirilib.
Ançelotti "Real"da İspaniya çempionluğunu, iki dəfə ölkə kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. O, həmçinin Madrid klubu ilə iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. Ançelottini bu vəzifədə mövsümün sonunda "Bayer"dən ayrılacağı açıqlanan Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.