
“Qarabağ”ın əvəzediciləri xal itirdi, “Kəpəz” uduzdu
- 12 May 2025 19:30
- 49
Əvəzedicilər Liqasında 34-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
Altı qolluq “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununda qalib müəyyənləşməyib. “Kəpəz-2” isə evdə “Sumqayıt-2” ilə oyundan xalsız ayrılıb.
Əvəzedicilər Liqası
34-cü tur
12 may
“Kəpəz-2” – “Sumqayıt-2” 1:3
Qollar: Cəlil Allahverdiyev, 10 – Sənan Muradlı, 19; 24. Nadir Orucov, 75.
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 3:3
Qollar: Qurban Səfərov, 20. Nihat Mehralıyev, 39. Tuqay Əlizadə, 90+3-öz qapısına – İftixar İbrahimov, 30-pen; 55; 80.
Turun digər oyunları:
“Sabah-2” – “Şamaxı-2” 4:2
“Turan Tovuz-2” – “Neftçi-2” 2:2
“Səbail-2” – “Zirə-2” 1:5