İngiltərənin "Mançester Yunayted" klubu bir mövsümdə ev məğlubiyyətləri üzrə antirekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 36-cı turunda, ötən gün doğma meydanda "Vest Hem"lə oyunda reallaşıb.


"Old Trafford"da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmslçisi bununla cari mövsümdə 9-cu dəfə məğlub olub.


“Qırmızı şeytanlar" daha əvvəl 1930/1931, 1933/1934 və 1962/1963 mövsümlərində də eyni halla üzləşib.