Azərbaycan Premyer Liqası təmsilçilərindən "Qəbələ" və "Şamaxı" yoxlama oyununda üz-üzə gəliblər.


Rekord.az xəbər verir ki, qarşılaşma Şamaxı kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Qalib gələn komandanın heyətində Oruc Məmmədov 2 qol vurub. "Qəbələ"dən isə Uboçioma Meşak diqqət mərkəzinə düşüb.


Görüş Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.