
Salyanski 4 oyunluq cəzalandı
- 27 May 2025 16:40
- 75
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 36-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sabah-2” – “Neftçi-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının analitiki Cəbrayıl Qəmbərov oyun zamanı meydançaya kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah-2” komandası 350 manat cərimə edilib.
“Sabah-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah-2” komandası 80 manat cərimə edilib.
“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.
“Sabah-2” – “Neftçi-2” oyununun 54-cü dəqiqəsində “Neftçi-2” komandasının 91 nömrəli futbolçusu Ağadadaş Salyanski təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi-2” komandası 300 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununun 90+1-ci dəqiqəsində “Qarabağ-2” komandasının 92 nömrəli futbolçusu Qurban Səfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qarabağ-2” komandası 150 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.