Salah rəsmən “Trabzonspor”da
- 17:30
- 37
Misir millisinin hücumçusu Məhəmməd Salahın "Trabzonspor"a keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, Türkiyə klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Salah bu yay "Liverpul"dan azad agent kimi ayrılıb. O, Mersisayd təmsilçisinin heyətində iki dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun, UEFA Superkubokunun və İngiltərə Superkubokunun qalibi olub.