"Sabah"ın rəqibi iki futbolçusunu icarəyə verdi
- 17:00
- 15
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Hapoel" (Beer-Şeva) iki futbolçusunu icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə İsrail təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mor Siman Tov "Hapoel" (Kiryat Şmona) klubuna, Yoav Koren "Makkabi" (PetaH-Tikva) komandasına keçib.
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.
Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.