
“Sabah”ın legionerinə 4 oyunluq cəza
- 27 May 2025 15:40
- 65
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 36-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah”ın 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah” 1500 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyununun 76-cı dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi” klubu 1000 manat cərimə edilib.
“Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.