"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı
- 17:00
- 20
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.
Rekord.az kluba istinadən xəbər verir ki, biletləri onlayn şəkildə "Iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
"Sabah" – "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.