“Sabah” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda ÇL-in 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS kollektivinin qonağı olub.

Bu komandalar arasında ilk oyun Masazırda keçirilib və “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün hətta heç-heçə də kifayət edirdi. Amma bakılılar səfərdə daha inamlı hesabla qalib gəliblər.

“Sabah” növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Komandamız bu qələbə sayəsində həm də ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul

KuPS – Sabah 0:2
Qollar: Velko Simiç, 53. Coy-Lens Mikels, 70.
Baş hakim: Qal Leybovitz (İsrail).
Kuopio stadionu.

KuPS: 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno.
Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen.
Baş məşqçi: Miika Nuutinen.

Sabah: 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina, 88. Rodriqo Fernandes, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.